Logo
    main-post-cover

    POCO brendi yeni flaqman smartfon üzərində çalışır

    Cihazlar+
    22.08.2023
    Emil
        Xiaomi-nin POCO brendi may ayında POCO F5 və POCO F5 Pro flaqman smartfonlarını təqdim etmişdi. Verilmiş məlumata əsasən POCO hal hazırda yeni flaqman smartfonu üzərində çalışır. Bu barədə məlumatı POCO brendinin təmsilçisi təqdim edib. Onun sözlərinə əsasən hazırlanan yeni flaqman smartfon MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor MediaTek Dimensity 9200-ün sürətləndirilmiş versiyasıdır və o, 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Təəssüflər olsun ki, POCO-nun yeni flaqman smartfonu barəsində digər bir məlumat verilməyib. Onun nə zaman təqdim olunacağı da bilinmir.
    Paylaş
    Bənzər xəbərlər