Logo
    main-post-cover

    POCO C51 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.04.2023
    Emil
        Xiaomi-nin POCO brendi POCO C51 adlı yeni büdcəli smartfonunu təqdim edib. Təqdim edilmiş bu smartfon POCO brendinin ən ucuz qiymətə satılacaq smartfonudur. Onun özəllikləri arasında RAM yaddaşının virtual şəkildə artırılması, böyük həcmli batareya və naqilli qulaqlıqlar üçün giriş yeri var. Beləliklə POCO C51 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.52 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşdirilib. Bununla yanaşı POCO C51 modeli özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Helio G36 prosessoru, 4 GB RAM (7 GB-a kimi virtual artırılma imkanı), 64 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO C51 modeli Android 13 Go əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon yaxın günlərdə Hindistan bazarında satışa çıxacaq və 100$-a satılacaq. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər