
POCO C61 adlı yeni büdcəli smartfon hazırlanır
Cihazlar+
14.03.2024
Emil
Xiaomi-nin POCO brendi dünən POCO X6 Neo adlı yeni büdcəli smartfonunu təqdim etdi. İndi isə məlum olub ki, sözügedən brend daha bir büdcəli smartfonunun təqdimatına hazırlaşır. Söhbət, POCO C61-dən gedir. Təqdimata hazırlaşan bu smartfon 2312BPC51H model nömrəsi ilə Google Play Console-da ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Redmi A3 smartfonu bu model nömrəsinə bənzər bir (23129RN51H) model nömrəsinə sahibdir. Burdan da belə qənaətə gəlmək olar ki, POCO C61 smartfonu Redmi A3-ün fərqli ada sahib versiyası ola bilər. Əgər bu məlumat təsdiqlənsə, deməli POCO C61 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edəcək, MediaTek Helio G36 prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. POCO C61-in nə zaman təqdim olunacağı hələ bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Büdcəli POCO X6 Neo təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni smartfonu olan POCO X6 Neo-nu təqdim edib.

Cihazlar+
Qatlana bilən Xiaomi Mix Fold 4-ün bəzi texniki imkanları açıqlanıb
Xiaomi şirkəti bu il yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, Xiaomi Mix Fold 4-dən gedir.

Cihazlar+
POCO X6 Neo təqdimatdan öncə online mağazada ortaya çıxıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi-nin POCO brendi özünün POCO X6 Neo adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır.

Nəqliyyat
Xiaomi SU7-nin satışına bu ayın sonunda start veriləcək
Xiaomi şirkəti 28 mart tarixi üçün yeni tədbirini anons edib.

Cihazlar+
Xiaomi Mi Band 9 smart qolbağı təqdimata hazırlaşır
Xiaomi şirkəti keçən ilin aprel ayında Mi Band 8 smart qolbağını təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim etməyə hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
