
POCO C75 5G smartfonunun təqdimatı anons edilib
Cihazlar+
04.12.2024
Emil
Biraz əvvəl məlum oldu ki, Xiaomi-nin POCO brendi POCO M7 Pro 5G adlı yeni smartfonunun təqdimatını anons edib. Bu smartfon 17 dekabr tarixində Çində təqdim olunacaq. İndi isə məlum olub ki, bu, 17 dekabr tarixində POCO-nun təqdim edəcəyi yeganə smartfon olmayacaq. Belə ki, həmin tarix üçün POCO-nun daha bir smartfonunun təqdimatı anons edilib. Bu dəfə söhbət, POCO C75 5G-dən gedir.
Təqdim edilmiş posterlərə əsasən POCO C75 5G smartfonu yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 4s Gen 2 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM-ı əldə edəcək. Lakin Turbo RAM funksiyası sayəsində smartfonun RAM yaddaşını 8 GB-a kimi yüksəltmək mümkün olacaq. Üstəlik smartfon 1 TB-a kimi microSD dəstəyinə sahib olacaq.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
