
POCO C85-in render fotoları və texniki imkanları təqdim olunub
Xiaomi-nin POCO brendi POCO C85 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə insayderlər bu smartfonun render fotolarını və texniki imkanlarını təqdim ediblər. Təqdim edilmiş render fotolardan da görmək olar ki, POCO C85 smartfonu yastı gövdə dizaynına sahib olacaq və onun ekranı üzərində damcı formalı çıxıntı hissə olacaq. Smartfonun arxa panelində isə kvadrat formalı kamera sahəsi yerləşəcək. İnsayderlər bildiriblər ki, bu yeni smartfon 6.9 düym ölçülü LCD ekranla təchiz olunacaq və MediaTek Helio G81 Ultra prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirməlidir. Onun 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.


Paylaş