Poco-dan yeni smartfon gəlir: Poco M2 Pro-nun təqdimat tarixi elan edilib

Poco-dan yeni smartfon gəlir: Poco M2 Pro-nun təqdimat tarixi elan edilib

Mobil Cihazlar
01.07.2020 PAYLAŞIM

    Xiaomi şirkəti Poco brendinin smartfon seriyasını genişləndirməyə davam edir. Belə ki, şirkət sözügedən brendin yeni smartfonu olacaq Poco M2 Pro-nun təqdimat tarixini elan edib. Beləliklə şirkət tərəfindən verilmiş rəsmi məlumata əsasən Poco M2 Pro modeli 7 iyul tarixində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon Redmi Note 9 Pro-nun qlobal versiyasnın kopyası olacaq. Bu baxımdan Poco M2 Pro modeli Full HD+ keyfiyyəti 6.67 düym IPS ekran, Snapdragon 720G prosessoru, 48 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera və sürətli enerji yığma texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Poco M2 Pro-nun 200$-a kimi qiymət göstəricisinə sahib olacağı güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.


Huawei P50 smartfonunun rəsmi dizaynı sərgilənib (VİDEO)

Huawei şirkəti Watch 3 smart saatını və HarmonyOS əməliyyat sistemini təqdim etdikdən sonra P50 smar..


iPhone 13 smartfonlarının əldə edəcəkləri batareya həcmləri barəsində məlumat or..

Bu il təqdim olunacaq iPhone 13 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa dav..


Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib.


Samsung Galaxy F52 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib - QİYMƏTİ..

Samsung şirkəti 5G dəstəkli yeni orta büdcəli smartfonunu təqdim edib.

×