POCO F3 GT gamer smartfonu təqdim olunub - QİYMƏTİ

POCO F3 GT gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
23.07.2021 PAYLAŞIM

    Xiaomi-nin POCO brendi POCO F3 GT adlı yeni smartfonunu təqdim etməklə özünün smartfon seriyasını genişləndirib. Qeyd etmək lazımdır ki, təqdim olunmuş yeni POCO F3 GT smartfonu gamerlər üçün nəzərdə tutulmuş smartfondur. Onun əsas özəllikləri arasında güclü prosessor, gövdəyə inteqrasiya edilmiş xüsusi idarəetmə düymələri, böyük həcmli batareya, RGB işıqlandırmaya sahib kameralar və ekran sensoruna yüksək toxunuş həssaslığı var. Beləliklə POCO F3 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Smartfonun həm ekranı həm də arxa paneli Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.


    Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran həmçinin HDR 10+ texnologiyasını da dəstəkləyir. Əsas texniki özəlliklərə gəldikdə isə POCO F3 GT modeli MediaTek Dimensity 1200 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5065 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameralarının ətrafında RGB işıqlandırma sistemi yerləşdirilib. Bu isə öz növbəsində bir daha POCO F3 GT-nin gamer smartfonu olduğunu göstərir.

    Həmin RGB işıqlandırma həmçinin smartfonda olan enerji səviyyəsinin göstəricisi qismində də istifadə oluna bilər. Mobil oyunlarda daha rahat idarəetmə təcrübəsini yaşamaq üçün POCO F3 GT-nin kənar hissəsinə xüsusi düymələr inteqrasiya edilib. Həmin düymələr gövdənin daxilinə yerləşdirilib və istifadəçi öz istəyinə juyğun olaraq kənar hissədəki aktivləşdirmə düyməsinə klik edərək həmin idarəetmə düymələrinin ortaya çıxmasına nail ola bilər. POCO F3 GT smartfonu 26 iyul tarixində satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 362$-a, 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 389$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 416$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...


Xiaomi 12 Ultra flaqman smartfonunun texniki özəllikləri ilə satış qiymətləri or..

Xiaomi şirkətinin hələ təqdim edilməmiş yeni flaqman smartfonu Xiaomi 12 Ultra-nın texniki özəlliklə..


Qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun kameraları barəsində məlumatl..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş yeni qatlana bilən sma..


Bloomberg: 'Apple USB Type-C girişinə sahib iPhone modellərini artıq test etməyə..

Keçən həftə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti gələn ilki iPhone modellərind..


Google Pixel 6a smartfonu və naqilsiz Pixel Buds Pro qulaqlıqları təqdim olunub ..

Google şirkəti I/O 2022 konfransı çərçivəsində Pixel ailəsinin yeni məhsullarını təqdim edib...


Sony orta səviyyəli Xperia 10 IV smartfonunu təqdim edib - QİYMƏTİ

Dünən Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət o..

×