Logo
    POCO F5 Geekbench testlərindən keçib

    POCO F5 Geekbench testlərindən keçib

    Cihazlar+
    26.04.2023
      Dünən rəsmi şəkildə məlum oldu ki, POCO F5 smartfonu Snapdragon 7 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bu məlumatı Qualcomm şirkəti təsdiqlədi. İndi isə məlum olub ki, Qualcomm bu məlumatı təsdiqləməmişdən öncə POCO F5 Geekbench testlərindən keçib. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. POCO F5 Geekbench-in bir nüvəli testi çərçivəsində 1629 xal, çox nüvəli testi çərçivəsində isə 4295 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 1 vasitəsilə çalışacaq POCO F5 Pro smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1302 xal, çox nüvəli testi çərçivəsində isə 4080 xal toplayır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    POCO F5 Geekbench testlərindən keçib