
POCO F5-in real fotoları ortaya çıxıb
Cihazlar+
18.04.2023
Emil
Keçən ayın sonunda Redmi brendi Redmi Note 12 Turbo smartfonunu təqdim etmişdi. Sözügedən smartfon yalnız Çin bazarında satılır. Lakin yaxın zamanda Redmi Note 12 Turbo modeli qlobal bazarda POCO brendi altında satışa çıxacaq. Məlumata əsasən qlobal bazarda smartfon POCO F5 adını əldə edəcək. İndi isə POCO F5-in real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, arxa panel görünüşü mövzusunda POCO F5 modeli Redmi Note 12 Turbo-dan bir qədər fərqlənəcək. Texniki göstəricilər baxımından isə POCO F5-in eyni texniki göstəricilərə sahib olacağı gözlənilir. Smartfonun nə zaman təqdim ediləcəyi bilinmir. Lakin çox güman ki, bu, yaxın həftələrdə baş tutacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
