Logo
    main-post-cover

    POCO F5-in satış qiyməti barəsində məlumat verilib

    Cihazlar+
    26.04.2023
    Emil
        POCO brendinin POCO F5 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxmağa başlayır. Bu dəfə smartfonun satış qiyməti barəsində məlumat verilib. İnsayderlərin sözlərinə əsasən smartfonun standart yaddaşa sahib versiyasının qiyməti 340-355$-dan başlayacaq. Bununla belə sözügedən satış qiyməti Çin bazarı üçün nəzərdə tutulub.
        Digər regionlarda smartfonun qiyməti bir qədər fərqlənə bilər. POCO F5 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir. Adi POCO F5 modeli bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi Note 12 Turbo-nun qlobal versiyası olmalıdır. Bu isə o deməkdir ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 7 Gen 2 prosessoru və 67 vatt gücündə 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər