Logo
    main-post-cover

    POCO F5 Pro Geekbench testlərindən keçib

    Cihazlar+
    20.04.2023
    Emil
        Xiaomi-nin POCO brendi hal hazırda POCO F5 smartfon seriyası üzərində çalışır. Sözügedən seriyaya adi POCO F5 ilə yanaşı həmçinin POCO F5 Pro daxil olmalıdır. İndi isə məlum olub ki, POCO F5 Pro modeli Geekbench testlərindən keçib. Geekbench testlərindən sözügedən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Geekbench-dəki məlumatlara əsasən POCO F5 Pro Snapdragon 8 Gen 1 prosessoruna və Android 13 əməliyyat sisteminə sahib olacaq.
        Beləliklə POCO F5 Pro modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 1302 xal, çox nüvəli testi çərçivəsində isə 4080 xal toplayıb. Son məlumat sızıntılarına əsasən POCO F5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. POCO F5 smartfon seriyasının nə zaman təqdim olunacağı hələ bilinmir.
    Paylaş
    Bənzər xəbərlər