
POCO F5 Pro haqqında yeni məlumatlar verilib
Cihazlar+
17.04.2023
Emil
POCO brendi artıq müəyyən müddətdir ki, POCO F5 Pro smartfonu üzərində çalışır. Sözügedən smartfon Redmi K60-ın qlobal versiyası olmalıdır. İndi isə internetdə POCO F5 Pro barəsində yeni məlumatlar ortaya çıxıb. Məlumatda qeyd edilib ki, POCO F5 Pro artıq sertifikatlaşdırmadan keçib. Məlumata əsasən smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Lakin daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, POCO F5 Pro modeli 5500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Görünür, batareya mövzusunda POCO F5 Pro modeli Redmi K60-dan fərqlənəcək. Gözləntilərə əsasən POCO F5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə təchiz olunacaq. POCO F5 Pro-nun nə zaman təqdim ediləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
