Logo
    main-post-cover

    POCO F5 Pro-nun fotoları təqdim edilib

    Cihazlar+
    27.04.2023
        Dünən rəsmi şəkildə məlum oldu ki, Xiaomi-nin POCO brendi POCO F5 smartfon seriyasını 9 may tarixində təqdim edəcək. Qeyd etmək lazımdır ki, sözügedən seriyaya POCO F5 və F5 Pro smartfonları daxil olacaqlar. İndi isə insayderlər POCO F5 Pro-nun fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolardan da görmək olar ki, POCO F5 Pro smartfonu Redmi K60 smartfonunun qlobal versiyası olacaq. Texniki göstəricilər baxımından POCO F5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə təchiz olunmalıdır. Smartfonun 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    POCO F5 Pro-nun fotoları təqdim edilib | Technote