
POCO F5 Pro-nun ilk real fotosu ortaya çıxıb
Xiaomi şirkətinin POCO brendi öz yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, POCO F5 Pro-dan gedir. İndi isə sözügedən smartfonun ilk real fotosu ortaya çıxıb. Qeyd etmək lazımdır ki, POCO F5 Pro smartfonu Redmi K60-ın qlobal versiyası olacaq. POCO F5 Pro-nun sızdırılmış real fotosundan da görmək olar ki, smartfonun arxa panel dizaynı Redmi K60-ın arxa panel dizaynına bənzəyir. Məlumata əsasən POCO F5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym AMOLED ekran ilə təchiz olunacaq.
Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə POCO F5 Pro 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq. POCO F5 Pro-nun nə zaman təqdim olunacağı barəsində hələ məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər