
POCO F5 Pro-nun press-render fotoları təqdim edilib
Cihazlar+
05.05.2023
Emil
Təqdimata az müddət qalmış POCO brendinin POCO F5 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. Qeyd etmək lazımdır ki, bu seriyaya POCO F5 ilə yanaşı həmçinin POCO F5 Pro da daxil olacaq. İndi isə POCO F5 Pro-nun press-render fotoları ortaya çıxıb. POCO F5 Pro smartfonu Redmi K60 modelinin kopyası olacaq. Yeni smartfon hətta xarici görünüşcə də Redmi K60-a bənzəyir. POCO F5 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8+ Gen 1 vasitəsilə çalışacaq və özündə 64 MP+ 8 MP + 2 MP üçlü arxa kameranı, 16 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareyanı birləşdirəcək. POCO F5 smartfon seriyası 9 may tarixində təqdim olunacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
