POCO F5 Pro-nun texniki özəllikləri ortaya çıxıb

POCO F5 Pro-nun texniki özəllikləri ortaya çıxıb

Mobil Cihazlar
13.03.2023 PAYLAŞIM

    Xiaomi-nin POCO brendi hal hazırda qlobal bazar üçün nəzərdə tutulmuş POCO F5 smartfon seriyası üzərində çalışır. Sözügedən smartfon seriyasına POCO F5 ilə yanaşı həmçinin F5 Pro modeli də daxil olacaq. İndi isə insayderlər məhz POCO F5 Pro-nun texniki göstəriciləri barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin vermiş olduqları məlumatlara əsasən POCO F5 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunacaq.

    Məlumatda qeyd edilib ki, barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürəli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə insaydelrər bildiriblər ki, POCO F5 Pro 64 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olacaq. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışmalıdır. POCO F5 smartfon seriyasının nə zaman təqdim ediləcəyi bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×