Logo
    main-post-cover

    POCO F5 Pro-nun unboxing videosu ortaya çıxıb (VİDEO)

    Cihazlar+
    28.04.2023
    Emil
        Xiaomi-nin POCO brendi POCO F5 smartfon seriyasını 9 may tarixində təqdim edəcək. Bu seriyaya POCO F5 ilə yanaşı həmçinin POCO F5 Pro da daxil olacaq. İnternetdə isə POCO F5 Pro-nun unboxing videosu artıq ortaya çıxıb. Smartfonun unboxing-ni etmiş blogger onun barəsində ətraflı məlumatları təqdim edib. Məlumatda qeyd edilib ki, POCO F5 Pro-nun komplektinə ənənəvi şəffaf silikon keys, 67 vatt gücündə olan şarj adapteri və USB naqil daxildir. Unboxing videoda sərgilənən POCO F5 Pro-nun gövdəsi qara rəngdədir.
        Ön paneldən smartfon yastı ekrana və ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntıya sahibdir. Smartfonun arxa panelində isə düzbucaqlı formasında kamera sahəsi yerləşir və onun daxilində 3 kamera obyektivi var. POCO F5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 16 MP-lik ön kameranı və 5160 mAh enerji tutumlu batareyanı birləşdirir.
    Paylaş
    Bənzər xəbərlər