POCO F5 Pro təqdim edilib

POCO F5 Pro təqdim edilib

Mobil Cihazlar
08.05.2023 PAYLAŞIM

    POCO F5 ilə yanaşı həmçinin POCO F5 Pro da təqdim olunub. Adi POCO F5 modelinin Redmi Note 12 Turbo smartfonunun qlobal versiyası olduğu bir vaxtda POCO F5 Pro isə Redmi K60 smartfonunun qlobal versiyası rolunda çıxış edir. Xarici görünüşcə də POCO F5 Pro modeli Redmi K60-a bənzəyir. Beləliklə POCO F5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.


    Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə POCO F5 Pro smartfonu Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 6160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. POCO F5 Pro modeli MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Onun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat sabah veriləcək.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×