POCO F5 smartfonu təqdim edilib

POCO F5 smartfonu təqdim edilib

Mobil Cihazlar
08.05.2023 PAYLAŞIM

    Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi-nin POCO brendi POCO F5 smartfonunu təqdim edib. Hələ təqdimatdan öncə qeyd edilirdi ki, sözügedən smartfon yalnız Çində satılan Redmi Note 12 Turbo-nun qlobal versiyası rolunda çıxış edəcək. Belə də oldu. Xarici görünüşcə POCO F5 modeli Redmi Note 12 Turbo-ya bənzəyir. Onların hətta texniki özəllikləri də eynidir. Beləliklə POCO F5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.


    Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon həmçinin özündə stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə POCO F5 modeli Snapdragon 7+ Gen 2 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. POCO F5-in nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat sabah veriləcək.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×