POCO F5 smartfonunun bəzi texniki özəllikləri ortaya çıxıb

POCO F5 smartfonunun bəzi texniki özəllikləri ortaya çıxıb

Mobil Cihazlar
07.03.2023 PAYLAŞIM

    Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F5 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Sözügedən smartfon seriyasına POCO F5 və F5 Pro modelləri daxil olacaqlar. Hər iki smartfon 5G şəbəkə dəstəyinə sahib olacaq. Təqdimata az müddət qalmış sözügedən smartfon seriyasının F5 modeli sertifikatlaşdırmadan keçib. Bunun sayəsində onun texniki özəllikləri məlum olub. Beləliklə sertifikatlaşdırma sənədinə əsasən POCO F5 smartfonu 8/12 GB RAM256/512 GB daxili yaddaşa sahib olacaq.

    Smartfon MIUI 14 interfeysli Android 13 əməliyyat sistemi vasitəsilə çalışacaq və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə iki SIM kart girişini birləşdirəcək. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, POCO F5 smartfonu Redmi Note 12 Turbo-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası ola bilər. Buna görə də smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym AMOLED ekran, Snapdragon 7 seriyasına daxil olan prosessor, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacağı gözlənilir. POCO F5 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Lakin təqdimatın bu ilin birinci rübündə baş tutacağı güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×