
POCO F6 smartfonunun texniki imkanları təqdim olunub
Cihazlar+
29.03.2024
Emil
Xiaomi-nin POCO brendinin hal-hazırda üzərində çalışdığı smartfonlardan biri də POCO F6-dır. Onun hələ təqdim olunmamış Redmi Note 13 Turbo smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacağı güman olunur. İndi isə insayderlər POCO F6-nın texniki imkanlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən POCO F6 smartfonu 1220 piksel keyfiyyətli yastı ekranı əldə edəcək və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon həmçinin özündə 50 MP-lik əsas arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirməlidir. Məlumatda həmçinin qeyd edilib ki, smartfon 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
