main-post-cover

    POCO F6 və F6 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.05.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F6 smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya iki model daxil oldu. POCO F6 və POCO F6 Pro. Smartfonlar xarici görünüşcə və bəzi texniki göstəricilər üzrə bir-birilərindən fərqlənirlər. Hər iki smartfon yastı gövdəni əldə etsə də, onların arxa panelləri fərqli dizaynlara sahibdirlər. Adi POCO F6 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2400 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. POCO F6 Pro da eyni ekrana sahibdir. Lakin Pro modeldə ekran 2K keyfiyyətindədir və onun maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir.

    POCO F6:

         Hər iki smartfonda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Adi POCO F6-nın gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. POCO F6 Pro-da isə bu cür özəllik yoxdur. Smartfonlar həmçinin özlərində stereo səsgücləndiriciləri də birləşdirirlər. POCO F6 modeli Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. POCO F6 Pro-ya gəldikdə isə o, Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir.

    POCO F6 Pro:

         Kameralar mövzusunda POCO F6 modeli 50 MP + 8 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı, POCO F6 Pro isə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı əldə edib. Hər iki smartfonda batareya həcmi eyni olsa da, dəstəklənən sürətli şarj texnologiyasının gücü fərqlidir. Belə ki, POCO F6 modeli 90 vatt gücündə, POCO F6 Pro modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Batareya həcmi isə smartfonlarda 5000 mAh təşkil edir. POCO F6 və F6 Pro artıq satışa çıxıblar. Onların satış qiymətləri aşağıdakı kimidir.
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib POCO F6 - 340$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib POCO F6 - 380$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib POCO F6 Pro - 450$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib POCO F6 Pro - 500$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib POCO F6 Pro - 580$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Redmi A3x-in dizaynı sərgilənib və texniki imkanları təqdim edilib
    budceli-redmi-a3x-in-dizayni-sergilenib-ve-texniki-imkanlari-teqdim-edilib
    Redmi 13-ün render fotoları və texniki imkanları təqdim edilib
    redmi-13-un-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
    xiaomi-hindistanda-yeni-telefon-markasini-teqdim-etmek-ucun-apple-in-crush-reklamini-teqlid-edib
    Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
    redmi-pad-pro-planseti-qlobal-bazarda-satisa-cixib
    POCO-nun ilk planşetinin təqdimatı anons edilib
    poco-nun-ilk-plansetinin-teqdimati-anons-edilib