
POCO F7-nin render fotoları təqdim edilib
Cihazlar+
17.06.2025
Emil
Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F7 smartfonunu təqdim etməyə hazırlaşır. Keçən həftə bu smartfonun Geekbench testlərindən keçdiyi məlum oldu. İndi isə insayderlər POCO F7-nin render fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolarda smartfonun həm arxa həm də ön paneli əks olunub. Fotolardan da göründüyü kimi POCO F7 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Onun arxa panelinin yuxarı sol hissəsində isə oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 2 ədəd kamera mövcud olacaq. Gözləntilərə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.83 düym ölçülü ekranla təchiz olunacaq və Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışacaq.



Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
