
POCO F7 Pro-nun hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi də məlum olub
Cihazlar+
16.12.2024
Emil
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F7 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya iki modelin daxil olacağı gözlənilir. POCO F7 və F7 Pro. İndi isə məlum olub ki, POCO F7 Pro modeli ABŞ Federal Rabitə Komissiyasında (FCC) qeydiyyatdan keçib. Bu öz növbəsində POCO F7 smartfon seriyasının yaxın zamanda təqdim olunacağına işarə edir.
FCC sayəsində həmçinin POCO F7 Pro-nun hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi də məlum olub. Beləliklə məlumatda qeyd edilib ki, sözügedən smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5830 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, POCO F6 Pro modeli 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən POCO F7 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalıdır.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
