Logo
    main-post-cover

    POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.03.2025
    Emil
         Xiaomi-nin POCO brendi qlobal bazarda iki yeni flaqman smartfonunu təqdim edib. Söhbət, POCO F7 ProF7 Ultra modellərindən gedir. Bu smartfonlar xarici görünüşcə oxşar olsalar da bəzi texniki imkanlar baxımından bir-birindən fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Smartfonlarda gövdə IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. POCO F7 Pro modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. POCO F7 Ultra modeli isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.
         POCO F7 Pro modeli özündə 50 MP + 8 MP ikili arxa kamera ilə 20 MP-lik ön kameranı, POCO F7 Ultra modeli isə özündə 50 MP + 32 MP + 50 MP üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirir. Batareyalar mövzusuna gəldikdə, POCO F7 Pro modeli 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə, POCO F7 Ultra modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO-nun bu yeni smartfonları artıq satışa çıxıblar. POCO F7 Pro-nun qiyməti 499$-dan, F7 Ultra-nın qiyməti isə 649$-dan start götürür.
    Mənbə: Gadgets360
    Paylaş