
POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
Cihazlar+
19.03.2025
Emil
Xiaomi-nin POCO brendi yaxın zamanda POCO F7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya adi POCO F7 ilə yanaşı POCO F7 Pro və F7 Ultra modelləri də daxil olacaqlar. İndi isə məlum olub ki, POCO F7 Pro və F7 Ultra modellərinin render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər. Hər iki smartfon yastı gövdə dizaynını əldə edəcək. Bununla yanaşı bu modellərdə arxa panel tərəfdən dairəvi kamera sahəsi yerləşəcək.

Son məlumat sızıntılarına inansaq, hər iki smartfon 6.67 düym ölçülü ekranla təchiz olunacaq. POCO F7 Pro modelinin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. POCO F7 Ultra modelinə gəldikdə isə onun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Bununla yanaşı POCO F7 Ultra mdoeli 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini də əldə edə bilər.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
REDMI Turbo 4 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub
Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunun təqdim etmişdi. İndi isə onun Pro versiyası təqdimata hazırlaşır.

Cihazlar+
Xiaomi Civi 5 Pro böyük həcmli batareyanı əldə edəcək
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Civi 5 Pro smartfonunu təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi tərəfindən hazırlanan bu yeni smartfon barəsində növbəti təfərrüatları təqdim edib.

Cihazlar+
POCO F7 Ultra smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi hal-hazırda POCO F7 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də POCO F7 Ultra olacaq.

Cihazlar+
Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb.

Cihazlar+
REDMI Note 14S-in render fotoları və texniki imkanları təqdim edilib
Xiaomi-nin REDMI brendi qlobal bazarda artıq REDMI Note 14 4G, Note 14 Pro 4G, Note 14 5G, Note 14 Pro 5G və Note 14 Pro+ 5G modellərini təqdim edib. Verilmiş yeni məlumata əsasən isə REDMI brendi Note 14S modelini təqdim etməyə hazırlaşır.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
