Logo
    main-post-cover

    POCO F7 smartfonu hələ təqdim olunmamış Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edə bilər

    Cihazlar+
    24.12.2024
    Emil
         Xiaomi-nin POCO brendi gələn ilin birinci yarısında POCO F7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya iki model daxil olacaq. POCO F7 və F7 Pro. İndi isə insayderlər adi POCO F7 modeli barəsində bəzi təfərrüatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən POCO F7 smartfonu Snapdragon 8s Elite prosessorunu əldə edə bilər.
         Qeyd etmək lazımdır ki, Qualcomm sözügedən prosessoru hələ təqdim etməyib. Bununla yanaşı insayderlərin sözlərinə əsasən smartfon özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareyanı birləşdirə bilər. Qeyd etmək lazımdır ki, POCO F7-nin 1.5K keyfiyyətli LTPS AMOLED ekrana sahib olacağı gözlənilir.
    Paylaş