
POCO F7 Ultra smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
07.03.2025
Emil
Xiaomi-nin POCO brendi hal-hazırda POCO F7 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də POCO F7 Ultra olacaq. İndi isə məlum olub ki, bu model Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench AI bençmarkının məlumatlar bazasına əsasən POCO F7 Ultra smartfonu 8 nüvəli prosessor ilə təchiz olunub və onun prosessoru özündə 4.32 GHz tezlikdə çalışan 2 ədəd nüvə ilə 3.53 GHz tezlikdə çalışan 6 ədəd nüvəni birləşdirir.

Bu isə smartfonun flaqman prosessor ilə təchiz olunmasından xəbər verir. Söhbət, Snapdragon 8 Elite prosessorundan gedir. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, POCO F7 Ultra smartfonu 16 GB RAM ilə təchiz olunacaq və qutudan Android 15 vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, POCO F7 Ultra-nın keçən ilin sonuna yaxın təqdim edilmiş REDMI K80 Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacağı gözlənilir.
Mənbə: Gizmochina
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb.

Cihazlar+
REDMI Note 14S-in render fotoları və texniki imkanları təqdim edilib
Xiaomi-nin REDMI brendi qlobal bazarda artıq REDMI Note 14 4G, Note 14 Pro 4G, Note 14 5G, Note 14 Pro 5G və Note 14 Pro+ 5G modellərini təqdim edib. Verilmiş yeni məlumata əsasən isə REDMI brendi Note 14S modelini təqdim etməyə hazırlaşır.

Cihazlar+
POCO M7 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M7 5G-dən gedir. Bu, keçən ilin dekabr ayında təqdim edilmiş POCO M7 Pro 5G modelinin sadələşdirilmiş versiyasıdır.

Proqram Təminatı
HyperOS 2.1-i əldə etməyəcək cihazların siyahısı təqdim edilib
Xiaomi, HyperOS 2.1 əməliyyat sisteminin yeni versiyasını elan edib. Bu yeniləmə bir sıra təkmilləşdirmələr və yeni funksiyalar təqdim edir.

Cihazlar+
POCO M7 5G smartfonunun təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə brend onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
