
POCO M6 5G smartfonunun təqdimatı anons edilib
Cihazlar+
19.12.2023
Emil
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6 5G-dən gedir. Sözügedən yeni smartfon 22 dekabr tarixində Hindistanda təqdim ediləcək. Təqdim edilmiş posterdən də görmək olar ki, POCO M6 5G smartfonu yastı ekranı əldə edəcək və ekran üzərində damcı formalı çıxıntı yerləşəcək. Ümumilikdə isə POCO M6 5G smartfonu Redmi 13C 5G-nin texniki göstəricilərinə sahib olacaq. Yəni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.74 düym IPS ekran, MediaTek Dimensity 6100+ prosessoru, 50 MP-lik əsas arxa kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
