Logo
    main-post-cover

    POCO M6-nın təqdimatı anons edilib

    Cihazlar+
    07.06.2024
         Xiaomi-nin POCO brendi özünün POCO M seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6-dan gedir. POCO tərəfindən təqdim edilmiş posterə əsasən sözügedən yeni smartfon artıq 11 iyun tarixində təqdim ediləcək. Təqdim edilmiş posterdə POCO M6-nın xarici görünüşü, bəzi özəllikləri və satış qiymətləri əks olunublar. Beləliklə posterdəki məlumatlara əsasən POCO M6 smartfonu iki versiyada təqdim olunacaq. Birinci versiya 6 GB RAM-a və 128 GB daxili yaddaş həcminə, ikinci versiya isə 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib olacaq. Birinci versiya 129$-a, ikinci versiya isə 149$-a satılacaq. Üstəlik posterdə qeyd edilib ki, smartfon 108 MP-lik əsas arxa kameranı əldə edəcək və 33 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfon barəsində digər bir məlumat hələ yoxdur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    POCO M6-nın təqdimatı anons edilib | Technote