
POCO M6 Plus 5G-nin render fotosu təqdim edilib və tenxiki imkanları açıqlanıb
Cihazlar+
15.07.2024
Emil
Artıq məlumdur ki, Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə insayderlər təqdimata hazırlaşan bu yeni smartfonun render fotosunu və texniki özəlliklərini təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, POCO M6 Plus 5G yastı gövdəni əldə edəcək və onun arxa panelində iki ədəd kamera ilə LED işıqlandırma yerləşəcək.

Texniki özəlliklərə gəldikdə, insayderlər bildiriblər ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü LCD ekranla təchiz olunacaq və Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışacaq. Üstəlik POCO M6 Plus 5G 108 MP + 2 MP ikili arxa kamera ilə 13 MP-lik ön kameranı əldə etməlidir. Smartfonun 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareyaya və onun gövdəsinin IP53 standartı üzrə sudan qorunma imkanına sahib olacağı gözlənilir. POCO M6 Plus 5G-nin yaxın zamanda təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
