main-post-cover

    POCO M6 Plus 5G-nin təqdimatı anons edilib

    Cihazlar+
    26.07.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi öz yeni smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6 Plus 5G-dən gedir. Beləliklə POCO tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni smartfon 1 avqust tarixində təqdim ediləcək. Posterdə həmçinin smartfonun arxa paneli də əks olunub. Arxa panel dizaynından belə qənaətə gəlmək olar ki, POCO M6 Plus 5G xarici görünüşcə Redmi Note 13 smartfon seriyasını xatırladacaq. Daha öncəki məlumat sızıntılarına əsasən POCO-nun sözügedən yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü IPS ekranla təchiz olunacaq və Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun 108 MP-lik əsas arxa kameranı və 5030 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Redmi 14C smartfonu təqdimata hazırlaşır
    budceli-redmi-14c-smartfonu-teqdimata-hazirlasir
    Xiaomi SU7 Ultra-nın nə zaman satışa çıxacağı rəsmi şəkildə açıqlanıb
    xiaomi-su7-ultra-nin-ne-zaman-satisa-cixacagi-resmi-sekilde-aciqlanib
    Xiaomi 14T Pro-nun kameraları barəsində məlumatlar ortaya çıxıb
    xiaomi-14t-pro-nun-kameralari-baresinde-melumatlar-ortaya-cixib
    Xiaomi MIX Flip-in qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub
    xiaomi-mix-flip-in-qlobal-versiyasinin-hansi-qiymete-satilacagi-melum-olub
    Təqdimata az müddət qalmış Redmi Pad SE 4G-nin keyfiyyətli fotoları ortaya çıxıb
    teqdimata-az-muddet-qalmis-redmi-pad-se-4g-nin-keyfiyyetli-fotolari-ortaya-cixib