
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
10.07.2024
Emil
Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində POCO M6 Plus 5G barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench sayəsində məlum olub ki, POCO-nun bu yeni smartfonu Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench vasitəsilə məlum olub ki, POCO M6 Plus 5G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 967 xal, çox nüvəli testi çərçivəsində isə 2281 xal toplayıb. POCO M6 Plus 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
