main-post-cover

    POCO M6 Plus 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.08.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi öz yeni smartfonunu təqdim edib. Söhbət, POCO M6 Plus 5G-dən gedir. POCO-nun bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO M6 Plus 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP57 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. POCO M6 Plus 5G Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışır və 6.8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 108 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə bu smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO M6 Plus 5G qutudan HyperOS interfeysli Android 14 vasitəsilə çalışır. POCO M6 Plus 5G 5 avqust tarixində satışa çıxacaq və onun qiyməti 160$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi-nin bəzi smartfonlarının nə qədər müddət ərzində dəstəklənəcəkləri məlum olub
    xiaomi-nin-bezi-smartfonlarinin-ne-qeder-muddet-erzinde-desteklenecekleri-melum-olub
    Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb
    xiaomi-15-in-ekran-kamera-ve-batareya-gostericileri-aciqlanib
    Xiaomi SU7-nin qlobal bazarda satışa çıxma ehtimalı var
    xiaomi-su7-nin-qlobal-bazarda-satisa-cixma-ehtimali-var
    Təqdimatdan 1 gün öncə POCO M6 Plus 5G-in bəzi texniki imkanları təsdiqlənib
    teqdimatdan-1-gun-once-poco-m6-plus-5g-in-bezi-texniki-imkanlari-tesdiqlenib
    Xiaomi Smart Band 9 qlobal bazarda satışa çıxmağa hazırlaşır
    xiaomi-smart-band-9-qlobal-bazarda-satisa-cixmaga-hazirlasir