
POCO M6 Pro 4G barəsində bəzi rəsmi məlumatlar verilib
Xiaomi-nin POCO brendi 11 yanvar tarixində POCO M6 Pro 4G smartfonunu təqdim edəcək. İndi isə sözügedən smartfonun bəzi texniki özəllikləri barəsində rəsmi məlumatlar təqdim edilib. Beləliklə POCO tərəfindən təqdim edilmiş yeni posterə əsasən POCO M6 Pro 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacaq. Bununla yanaşı smartfon 12 GB RAM-a, 512 GB daxili yaddaş həcminə və optik stabilizasiyalı 64 MP-lik əsas arxa kameraya sahib olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən POCO M6 Pro 4G-nin MediaTek Helio G99 Ultra prosessoru vasitəsilə çalışacağı və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş