
POCO M6 Pro 4G smartfonu təqdimata hazırlaşır
Cihazlar+
07.11.2023
Emil
Xiaomi-nin POCO brendi POCO M6 Pro 4G adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. Sözügedən smartfon ABŞ-ın Federal Rabitə Komissiyasında sertifikatlaşdırmadan keçib. Məlum olub ki, smartfon 2312FPCA6G model nömrəsinə sahibdir. Model nömrəsinin sonundakı G hərfi smartfonun məhz qlobal versiyasının sertifikatlaşdırmadan keçdiyinə işarə edir. Bununla yanaşı məlumatlar bazasında qeyd edilib ki, POCO M6 Pro 4G smartfonu 64 MP + 8 MP ikili arxa kameranı və optik stabilizasiya sistemini əldə edəcək. Smartfonun üstəlik kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi ilə təchiz olunacağı gözlənilir. POCO M6 Pro 4G-nin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi K70 Pro-nun render fotoları təqdim edilib
Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70 Pro smartfonuna aid olduqları iddia edilən render fotolar ortaya çıxıb

Cihazlar+
Redmi K70-in sahib olacağı kameralardan birinin hansı kamera olacağı məlum olub
Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 smartfonu barəsində məlumatları paylaşmağa davam edir.

Cihazlar+
Büdcəli POCO C65 smartfonu təqdim edilib
Xiaomi-nin POCO brendi öz növbəti büdcəli smartfonu olan POCO C65-i təqdim edib.

Cihazlar+
Redmi K70-nin texniki göstəriciləri ilə bağlı ətraflı məlumatlar verilib
Xiaomi-nin Redmi brendi hal hazırda Redmi K70 smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Xiaomi 14 Ultra barəsində bəzi yeni məlumatlar verilib
Gələn il Xiaomi 14 Ultra flaqman smartfonunun təqdimatı gözlənilir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
