
POCO M6 Pro 5G-nin render fotoları ortaya çıxıb
POCO brendi artıq 5 avqust tarixində yeni smartfonunu təqdim edəcək. Söhbət, POCO M6 Pro 5G-dən gedir. İndi isə internetdə sözügedən smartfonun render fotoları ortaya çıxıb. Render fotolardan da görmək olar ki, smartfon bazara yaşıl gövdə rəngində satışa çıxacaq və onun arxa panelində qara rəngli kamera sahəsi yerləşəcək.
Arxa paneldəki kamera sahəsində isə iki ədəd kamera obyektivi və LED işıqlandırma olacaq. Son məlumat sızıntılarına əsasən POCO M6 Pro 5G smartfonu Redmi Note 12R-in kopyası olacaq. Yəni yeni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli IPS ekran, Snapdragon 4 Gen 2 prosessoru, 8 GB-a kimi RAM və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər