Logo
    main-post-cover

    POCO M6 Pro 5G-nin satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    03.08.2023
        POCO M6 Pro 5G smartfonunun render fotolarının ardınca internetdə onun satış qiymətləri barəsində məlumat ortaya çıxıb. Qeyd etmək lazımdır ki, POCO brendi sözügedən smartfonu 5 avqust tarixində təqdim edəcək. Ortaya çıxmış məlumata əsasən smartfon 4/6 GB RAM-a və 64/128 GB daxili yaddaş həcminə sahib olacaq. Beləliklə məlumatda qeyd edilib ki, POCO M6 Pro 5G-nin 4 GB RAM-a və 64 GB yaddaşa sahib versiyası 180$-a, 4 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası 195$-a, 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası isə 205$-a satılacaq. Lakin nəzərə almaq lazımdır ki, təqdim edilmiş bu satış qiymətləri Hindistan bazarı üçün aktualdır. Smartfonun digər regionlardakı satış qiymətləri mütləq şəkildə fərqlənəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    POCO M6 Pro 5G-nin satış qiymətləri ortaya çıxıb | Technote