Logo
    main-post-cover

    POCO M7 4G smartfonu təqdim edilib

    Cihazlar+
    14.08.2025
    Emil
         Xiaomi-nin POCO brendi dünən POCO M7 Plus 5G smartfonunu təqdim etdi. İndi isə brend POCO M7 4G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO M7 4G smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.9 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir.
         Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. O, Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda POCO M7 4G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO M7 4G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş