Logo
    main-post-cover

    POCO M7 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.12.2024
    Emil
         Xiaomi-nin POCO brendi öz yeni smartfonunu təqdim edib. Söhbət, POCO M7 Pro 5G-dən gedir. POCO-nun bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO M7 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü GOLED (OLED-in bir növü) ekranla təchiz olunub. Ekran üstəlik Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 7025 Ultra prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda POCO M7 Pro 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5110 mAh enerji tutumlu batareyaya sahibdir. POCO M7 Pro 5G smartfonu 20 dekabr tarixində Hindistanda satışa çxıacaq və onun qiyməti 176$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş