Logo
    main-post-cover

    POCO M7 Pro 5G smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    04.12.2024
    Emil
         Xiaomi-nin POCO brendi öz yeni smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M7 Pro 5G-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş posterlərə əsasən bu yeni smartfon 17 dekabr tarixində Hindistanda təqdim olunacaq. Posterlərə əsasən POCO M7 Pro 5G smartfonu yastı gövdə dizaynını əldə edəcək və özündə ikili arxa kameranı birləşdirəcək. Posterlərdəki məlumatlarda qeyd edilib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü GOLED (OLED-in bir növü) ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyysəi 2100 nit təşkil edəcək və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq. POCO M7 Pro 5G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər