
POCO-nun ilk planşeti artıq sertifikatlaşdırılıb
Cihazlar+
04.04.2024
Sabina
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin POCO brendi öz ilk planşeti üzərində çalışır. İndi isə məlum olub ki, POCO-nun ilk planşeti artıq Avropanın EEC adlı sertifikatlaşdırma agentliyində sertifikatlaşdırmadan keçib. Bu isə o deməkdir ki, planşetin təqdimatı yaxın zamanda baş tutacaq. Bununla yanaşı sertifikatlaşdırma sənədləri sayəsində məlum olub ki, POCO-nun ilk planşeti stilus dəstəyini əldə edəcək. Planşet barəsində digər bir məlumat hələ yoxdur. Güman etmək olar ki, POCO-nun planşeti 10-11 düym ekranı əldə edəcək və Qualcomm və ya MediaTek prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
