
POCO VƏ REDMI-ni əhatə edən 12 smartfonun rəsmi dəstəyi dayandırılıb
Cihazlar+
01.07.2025
Emil
Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 12 smartfonunu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir. Xiaomi-nin EoS siyahısına daxil etdiyi növbəti 12 smartfon şirkətin REDMI və POCO brendlərinin məhsullarını əhatə edir. EoS siyahısına daxil edilən cihazlar artıq nə Android nə də təhlükəsizlik yenilənmələrini əldə etmirlər. Bu üsul ilə şirkət onların proqram təminatı dəstəklərini yekunlaşdırır. Beləliklə Xiaomi-nin EoS siyahısına daxil edilmiş növbəti smartfonlar aşağıdakılardır:
- Redmi 10 5G
- Redmi 11 Prime 5G
- Redmi Note 11E 5G
- Redmi Note 11R
- Redmi Note 11T Pro
- Redmi Note 11T Pro+
- Redmi K50i
- Redmi K40S
- POCO M4 5G
- POCO C40
- POCO X4 GT
- POCO F4.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
