POCO X4 Pro 5G və M4 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

POCO X4 Pro 5G və M4 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
01.03.2022 PAYLAŞIM

    Xiaomi-nin POCO brendi MWC 2022 sərgisi çərçivəsində 2 yeni smartfonunu təqdim edib. Söhbət, POCO X4 Pro 5G POCO M4 Pro-dan gedir. X4 Pro 5G modeli 108 MP-lik əsas kamera, Snapdragon prosessor və 67 vatt gücündə sürətli şarj texnologiyasını əldə edib. M4 Pro isə POCO M seriyasının AMOLED ekran əldə etmiş ilk smartfon modelidir. POCO X4 Pro 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. POCO X3 Pro ilə müqayisədə yeni POCO X4 Pro 5G modeli daha nazikdir.


    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 695 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 108 MP + 8 MP (118 dərəcə tutma bucağı) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Lakin smartfonun gövdəsi sudan qorunma özəlliyinə sahib deyil. O, MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. POCO X4 Pro 5G artıq sabah satışa çıxacaq. Smartfonun satış qiymətləri isə aşağıdakı kimi olacaq.

- 6 GB RAM + 128 GB yaddaş - 299 avro

- 8 GB RAM + 256 GB yaddaş - 349 avro.

    POCO M4 Pro modelinə gəldikdə isə o, 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilər baxımından M4 Pro modeli 8 nüvəli MediaTek Helio G96 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (118 dərəcə tutma bucağı) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. M4 Pro modeli də özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfonun gövdəsi sudan qorunma özəlliyinə sahib deyil. Smartfon MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. POCO M4 Pro sabah satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.

- 6 GB RAM + 128 GB yaddaş - 249 avro

- 8 GB RAM + 256 GB yaddaş - 269 avro.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×