main-post-cover

    POCO X5 smartfonunun bəzi texniki özəllikləri ortaya çıxıb

    Cihazlar+
    14.11.2022
    Emil Nəcəfov
        22101320G kataloq nömrəsinə (sondakı G hərfi smartfonun qlobal versiyasına işarə edir) sahib POCO X5 smartfonu ABŞ-ın FCC sertifikatlaşdırma orqanının məlumatlar bazasında ortaya çıxıb. Bununla da smartfon barəsində bəzi məlumatlar məlum olub. Beləliklə məlum olub ki, POCO X5 smartfonu dəqiq şəkildə 5G modem, iki diapazonlu Wi-Fi texnologiyası və 5000 mAh enerji tutumlu batareya ilə təchiz ounacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, POCO X5 modeli qutudan MIUI 14 istifadəçi interfeysini əldə edəcək. Heç istisna deyil ki, POCO X5 modeli Xiaomi-nin MIUI 14-ü əldə edəcək ilk smartfonu olsun. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, POCO X5 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib IPS ekran və Snapdragon 778G Plus prosessoru ilə təchiz olunacaq. POCO X5-in nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala