
POCO X6 Neo təqdimatdan öncə online mağazada ortaya çıxıb
Cihazlar+
12.03.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi-nin POCO brendi özünün POCO X6 Neo adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, bu smartfona həsr edilmiş internet səhifəsi Hindistanın Flipkart adlı online mağazasında ortaya çıxıb. Ortaya çıxmış internet səhifəsi sayəsində məlum olub ki, POCO X6 Neo smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edəcək. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Fotolardan birində isə görmək olar ki, POCO X6 Neo ikili arxa kameraya sahib olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən sözügedən smartfon MediaTek Dimensity 6080 prosessoru vasitəsilə çalışacaq.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
