Logo
    main-post-cover

    POCO X6 Pro 5G-nin fotoları və bəzi texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    09.01.2024
    Emil
         İnsayderlər 11 yanvar tarixində təqdim olunacaq POCO X6 Pro 5G smartfonunun fotolarını və bəzi texniki imkanları barəsində məlumatları təqdim ediblər. Təqdim edilmiş fotolar və texniki imkanlar barəsində məlumatlar POCO X6 Pro 5G-nin keçən ilin sonunda təqdim edilmiş Redmi K70E smartfonunun qlobal versiyası olacağına dair şayiələri təsdiqləyiblər. İnsayderlər bildiriblər ki, POCO X6 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli yastı OLED ekranla təchiz olunub. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışır və özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir.
    Paylaş