
POCO X6 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
07.01.2024
Emil
POCO brendi 11 yanvar tarixi üçün yeni büdcəli smartfonunun təqdimatını artıq anons edib. Söhbət, POCO M6 Pro 4G-dən gedir. İndi isə o, həmin tarix üçün digər yeni smartfon seriyasının təqdimatını da anons edib. Söhbət, POCO X6 smartfon seriyasından gedir. Sözügedən seriyaya iki model daxil olacaq. POCO X6 və POCO X6 Pro. Texniki göstəricilər baxımından POCO X6-nın Redmi Note 13-ün kopyası, POCO X6 Pro-nun isə Redmi K70E-nin kopyası olacağı gözlənilir. POCO X6 modelinin Snapdragon 7s Gen 2 prosessoru, POCO X6 Pro modelinin isə MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacağı güman edilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
