Logo
    main-post-cover

    POCO X6 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    01.12.2023
    Emil
         POCO brendinin yeni smartfonu Geekbench testlərindən keçib. Söhbət, POCO X6-dan gedir. Bəzi məlumatlara əsasən POCO X6 smartfonu Redmi K70 modellərindən birinin qlobal versiyası olacaq. Geekbench-dəki məlumatlara əsasən POCO X6 smartfonu Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1013 xal, çox nüvəli testi çərçivəsində isə 2865 xal toplayıb. Geekbench testləri sayəsində həmçinin məlum olub ki, POCO X6 smartfonu qutudan Android 13 vasitəsilə çalışacaq. Çox güman ki, sözügedən smartfon 2024-cü ilin əvvəlində təqdim olunacaq.
    Paylaş