main-post-cover

    POCO X6 və POCO X6 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.01.2024
    Emil Nəcəfov
         POCO brendi POCO M6 Pro 4G smartfonu ilə yanaşı POCO X6 smartfon seriyasını da təqdim edib. Sözügedən seriyaya iki model daxil olub. POCO X6 və X6 Pro. Hər iki smartfon xarici görünüşcə və texniki göstəricilər baxımından demək olar eynidirlər. Xarici görünüş məsələsində onlar arxa kameranın dizaynı baxımından bir qədər fərqlənirlər. Texniki göstəricilər səviyyəsində də bəzi fərqliliklər var. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1220 piksel keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 1800 nit təşkil edir.
         Adi POCO X6 modelinin ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi, POCO X6 Pro modelinin ekranı isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Hər iki smartfonda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonların gövdələri IP54 standartı üzrə sudan qorunurlar və özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Adi POCO X6 modeli Qualcomm Snapdragon 7s Gen 2 prosessoru, POCO X6 Pro modeli isə MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışır.
         Hər iki smartfon 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonlarda batareya həcmi fərqlidir. Belə ki, POCO X6 modeli 5100 mAh, POCO X6 Pro modeli isə 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfonda sürətli şarj texnologiyasının gücü 67 vatt təşkil edir. Smartfonlar artıq bu gündən satışa çıxırlar. Onların satış qiymətləri isə aşağıdakı kimidir.
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib POCO X6 - 229$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib POCO X6 - 249$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib POCO X6 - 339$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib POCO X6 Pro - 279$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib POCO X6 Pro - 339$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M6 Pro 4G təqdim olunub - QİYMƏTİ
    poco-m6-pro-4g-teqdim-olunub-qiymeti
    Xiaomi SU7 barəsində yeni məlumatlar verilib
    xiaomi-su7-baresinde-yeni-melumatlar-verilib
    Redmi brendi də öz elektromobilini hazırlaya bilərmi?
    redmi-brendi-de-oz-elektromobilini-hazirlaya-bilermi
    POCO X6 Pro 5G-nin fotoları və bəzi texniki göstəriciləri təqdim edilib
    poco-x6-pro-5g-nin-fotolari-ve-bezi-texniki-gostericileri-teqdim-edilib
    Xiaomi 14 Ultra-nın real fotoları ortaya çıxıb
    xiaomi-14-ultra-nin-real-fotolari-ortaya-cixib